Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası çərçivəsində kənd təsərrüfatı istehsalçıları və Qida Təhlükəsizliyi Agentliyi arasında dialoq keçirildi

Aprelin 5-də Bakı Biznes Mərkəzində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının “Qida məhsulları və kənd təsərrüfatı” komissiyasının iclası keçirilmişdir.

İçlas sual-cavab sessiyası formatında keçirilib. Görüş zamanı iştirakçılar onları maraqlandıran mövzulara toxundular: sertifikatların verilmə müddəti, sertifikatların regionlarda əldə edilməsi, sertifikatların qüvvədə olma müddəti, qeydiyyat prosesi və s.

Agentliyin nümayəndələrinə 10-dan çox aktual sual verildi.

İclasın sonunda iştirakçılar şura ilə agentlik arasında sıx əməkdaşlığı davam etdirməyə razılaşdılar və növbəti görüşü gələn iclaslar çərçivəsində planlaşdırdılar.



05 aprel 2019