Logistika komissiyasının iclasında beynəlxalq dəmiryolu yükdaşınmalarının aktual məsələləri müzakirə olundu

10 may 2019-cu il tarixində 20-dən çox şirkətin iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının Logistika komissiyasının iclası keçirilmişdir.

Görüşdə dəvət olunmuş ekspertlər qismində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Fərhad Quliyev iştirak etmişdilər.

İclas çərçivəsində “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri vasitəsilə aparılan dəmiryolu yükdaşınmalarının aktual məsələləri, o cümlədən marşrutların üstünlükləri, tariflər, texniki prosedurlar, daşınma müddəti və s. müzakirə olundu.



10 may 2019