AZƏRBAYCAN-RUSİYA İŞGÜZAR ŞURASININ ÜZVLƏRİNƏ MÜRACİƏT

Hörmətli İşgüzar Şuranın üzvləri!

Azərbaycan-Rusiya İşgüzar Şurası Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu hərbi əməliyyatlar və işğal altında olan Azərbaycan torpaqlarının ardıcıl olaraq azad edilməsi münasibətilə təbriklərə qoşulur!

Bu gün, şanlı Ordumuz tarixi missiyasını yerinə yetirərkən, bütün iqtisadi ehtiyatların cəmləşdirilməsi və maksimal dərəcədə istifadə olunması hər zaman olduğundan daha vacibdir.

Azərbaycan-Rusiya İşgüzar Şurası bu istiqamətdə birgə məqsədyönlü səylər göstərir. Ölkəmiz üçün bu əhəmiyyətli dövrdə Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri Silahlı Qüvvələrə Yardım Fondu vasitəsilə rəşadətli Azərbaycan Ordusuna lazımi dəstəyin göstərilməsi məsələsində birlik və həmrəylik nümayiş etdirir.

Sözsüz ki, əsgərlərimiz bütün Azərbaycan xalqının birliyini hiss edir.

Tam qələbə çalınanadək Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələrlə rəşadətli ordumuza dəstək olmağa çağırırıq!

Silahlı Qüvvələrə Yardım Fondunun bank rekvizitləri: https://mod.gov.az/az/silahli-quvvelere-yardim-fondunun-bank-rekvizitleri-253/

Eyni zamanda, Azərbaycan-Rusiya İşgüzar Şurası mövcud olan hərbi vəziyyətdə və pandemiya şəraitində öz fəaliyyətini davam etdirir. Münaqişənin hərbi mərhələsi bitdikdən və karantin rejimi yumşaldıldıqdan sonra başlanılması nəzərdə tutulan layihələr üzrə zəruri hazırlıq işləri aparılır. Azərbaycan və Rusiya arasında strateji tərəfdaşlıq gələcəkdə də bütün regionda vəziyyətin stabilləşdirilməsi və inkişafı məsələsində aparıcı rol oynayacaqdır. Əməkdaşlığın yeni mərhələsi hər iki ölkənin iqtisadi potensialını daha da artırmağa təkan verəcəkdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında daha gözəl gələcək naminə ölkəmiz qarşısında duran bütün çağırış və çətinliklərin dəf edilməsi üçün xalqımızın birliyi və həmrəyliyinin təkan verəcəyinə ürəkdən inanırıq!

 

Azərbaycan-Rusiya İşgüzar Şurasının

İdarə Heyətinin sədri

Səməd Qurbanov

 

#QARABAĞAZƏRBAYCANDIR



29 oktyabr 2020